Qırmızı.az
Liftlərə nəzarət necə həyata keçirilir? - VİDEO
Bakıda bəzi yaşayış binalarında liftlərlə bağlı problemlərə rast gəlinir. Xüsusilə, köhnə tikililərdə belə hallar daha çox müşahidə olunur.
Publika.az">Publika.az xəbər verir ki, bununla bağlı “Xəzər TV”-də yayımlanan “Xəbər ertəsi” verilişində maraqlı süjet efirə gedib.
Süjetdə Xətai rayonu, Xudu Məmmədov 9 ünvanındakı doqquz mərtəbəli binadakı vəziyyət işıqlandırılıb. Eləcə də, ərazidə yaşayan sakinlərin də fikirlərinə yer verilib. Onların sözlərinə görə, digər yerlərdə liftlər yenilənsə də, sözügedən binada hələ bir dəyişiklik edilməyib: “Şikayət edirik, həmişə də deyirlər ki, vaxtı çatanda dəyişiləcək. Lift cümə günü xarab olduqda, düzəlməsi üçün bazar ertəsini gözləməli oluruq. Çünki qeyri- iş günləri heç kəs lifti düzəltmir”.
Oxşar vəziyyətlə hətta yeni tikililərdə də qarşılaşmaq olar. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18 ünvanındakı 16 mərtəbəli binanın liftləri yeni olsa da, yararsız haldadırlar. Sakinlər bildiriblər ki, tez-tez təmir olunan liftlər, elə tez də sıradan çıxır.
Əmlak məsələləri üzrə ekspert Vüqar Oruc deyib ki, problem əsasən, liftlərin istismar müddətində yox, inşaat işləri zamanı yaranır. Bəzi tikinti şirkətləri xərclərini azaltmaq üçün ucuz liftlər almağa çalışırlar. Həmin qurğular da texniki cəhətdən zəif olduğundan istismar müddətləri də az olur: “Texniki baxımdan o qədər də müasir olmayan liftlər 25- 30 il istismara dayanıqlı olur. Lakin yeni liftlərdə 5-10 ildən sonra ciddi texniki problemlərlə qarşılaşırsan”.
Ekspert bildirib ki, binaların tikintisi zamanı həmin qurğuların keyfiyyəti ciddi şəkildə nəzarətə götürülməlidir. Liftlərə nəzarət mütəmadi həyata keçirilməli, dəyişdirilməsinə ehtiyacı olan qurğular barəsində isə vaxt itirmədən tədbirlər görülsə, heç bir narazılıq da yaranmaz: “Hazırda sovet dövründə inşa edilmiş binalarda dəyişdirilməmiş liftlər var ki, onların istismarı çox ciddi təhlükə yaradır”.
Süjetdə Lifttəmir İstehsalat Birliyindən bildirilib ki, qurum paytaxtdakı mənzil-kommunal təsərrüfatı təşkilatlarının balansındakı binalarda 5 min 342 ədəd liftə müqavilə əsasında xidmət göstərir. Hər ay bu qurğulara növbəli şəkildə baxış keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlərin istismarına icazə verilir. Son illər ərzində isə Bakı şəhəri üzrə ümumilikdə 1206 lift yenisi ilə əvəzlənib. Həmçinin qeyd edildi ki, yeni tikili binaların liftlərinə nəzarət və təmir işləri həmin binaları tikən Mənzil-Tikinti Kooperativləri həyata keçirirlər.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






