Qırmızı.az
İran vətəndaşının çantasından narkotik tapıldı
Azərbaycana gələn İran vətəndaşının əl çantasından narkotik vasitə və psixotrop maddə çıxıb.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn İran vətəndaşı Şahin Məhəmmədinin əl çantasına gömrük baxışı zamanı oradan təsiredici maddəsinin ümumi miqdarı 0,11 qram təşkil edən metadon və təsiredici maddəsinin ümumi miqdarı 0,013 qram təşkil edən 2 ədəd konvalyutda "Clonazepam 1 mq" adlı dərman preparatı aşkar edilib.
Qeyd edək ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, "Clonazepam 1 mq" adlı dərman preparatı isə Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU
































