Qırmızı.az
Sabah yağış yağacaq
Sabah Azərbaycanda temperatur nisbətən enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Publika.az-a bildiriblər ki,
Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb
küləyi əsəcək, arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 22-25,
gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa
yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil
edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 5-də əsasən gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi
əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 20-25, gündüz 30-35,
dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı
gözlənilir.
Sentyabrın 5-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi
nəticəsində temperaturun nisbətən enməsi meteohəssas insanlar üçün
müsbət amildir. Sentyabrın 6-7-də iqlim normasına yaxın temperatur
rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı





















.jpg)


.jpg)
.webp)











