Sosial
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTO
Unibank 22 iyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib. Tədbirin əsas məqsədi jurnalistləri peşə bayramı münasibətilə təbrik etmək, media ilə əməkdaşlığı daha da gücləndirmək və peşəkar inkişaflarına dəstək olmaq olub.
Publika.az xəbər verir ki, tədbirdə Unibank KB Müşahidə Şurasının üzvü, Müşahidə Şurası sədrinin müavini Faiq Hüseynov çıxış edərək jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, jurnalistikanın cəmiyyət üçün çox vacib sahə olduğunu, ictimai fikrin formalaşmasında, insanların məlumatlandırılmasında və maarifləndirilməsində medianın mühüm rol oynadığını vurğulayıb.
Tədbirin əsas hissəsində jurnalistlər üçün “İnsanları Anlamağın Gücü – Insights Discovery” mövzusunda 2 saatlıq interaktiv təlim keçirilib. Təlim insan davranışlarını və ünsiyyət tərzlərini daha yaxşı anlamağa kömək edən beynəlxalq inkişaf aləti olan Insights Discovery modeli əsasında təşkil olunub.
Təlim zamanı iştirakçılar Karl Yunqun psixologiyasına əsaslanan dörd rəng enerjisi ilə tanış olub, insanların fərqli davranış və qərarvermə tərzləri barədə məlumat əldə ediblər. Sessiya çərçivəsində jurnalistlər qısa özünüqiymətləndirmə vasitəsilə öz dominant ünsiyyət tərzlərini müəyyən edib, fərqli xarakterli insanlarla daha effektiv kommunikasiya qurmaq üçün praktik yanaşmalarla tanış olublar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Unibank media ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı yüksək qiymətləndirir və jurnalistlərin peşəkar inkişafına dəstək göstərən bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Unibank — Sənin Bankın!
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...



































.jpg)
