Qırmızı.az
Paris Azərbaycan Evinin həftəsonu məktəbində yeni tədris ilinə start verilib
Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Fransa paytaxtındakı Azərbaycan Mədəniyyət Mərkəzində artıq 3 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinə start verilib. Yeni dərs ilinin ilk günündə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Elçin Əmirbəyov da iştirak edib.
Həftəsonu məktəbinin təşkilatçısı, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbiri açaraq, şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Mirvari Fətəliyeva həmçinin, həftəsonu məktəbinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə minnətdarlığını bildirib. Gələcək planları haqqında söz açan Paris Azərbaycan Evinin rəhbəri deyib ki, Fransada doğulub böyüyən uşaqlara ana dilinin, milli mədəniyyətimizin, tariximizin öyrədilməsi, adət-ənənələrimizin onlara aşılanması təşkilatın qarşısında duran mühüm vəzifələrdən biridir. O, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə uşaqlar üçün həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Elçin Əmirbəyov da layihəni əhəmiyyətini xüsusi qeyd edərək, bu fəaliyyətinə görə Paris Azərbaycan Evinin rəhbərinə və üzvlərinə təşəkkürünü bildirib. O, uşaqlara yeni dərs ilində uğurlar arzulayaraq onlara səfirlik adından dərsliklər və tədris ləvazimatları hədiyyə edib.
Qeyd edək ki, Paris Azərbaycan Evinin təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alır. Həftənin şənbə günləri keçirilən dərslərdə müəllimlər Mehri Quliyeva və Lalə Orucova uşaqlara əsasən Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edir.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı









.jpg)

.jpg)







.jpg)



.jpg)

.jpg)

.webp)











