Qırmızı.az
Bakıdakı kütləvi davanın təfərrüatları- Video
Bakının Binəqədi rayonunda bir davada üç nəfərin qanı axıdılıb.
Publika.az ANS TV-ə istinadən xəbər verir ki, məlum hadisə Binəqədi qəsəbəsi, Yeni Yaşayış massivi, mal bazarının yaxınlığında baş verib. Paytaxt sakini 25 yaşlı Həsənov Valeh Vaqif oğlu aralarında yaranmış mübahisə zamanı 23 yaşlı Tural Rüstəmova, 36 yaşlı Anar Rüstəmova və 34 yaşlı Tacəddin Abbasova bıçaq xəsarətləri yetirib.
Yaralılar xəstəxanaya çatdırılıb. Binəqədi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Valeh Həsənov tutulub və o, törətdiyi əməli etiraf edib. Məlum olub ki, Valeh Həsənovun adına qeydiyyatda olan kafeni Anar Rüstəmov işlədib.
Valeh Həsənov deyir ki, kafe mənim adımda qeydiyyatdadır: “Bu səbəbdəndə mən 524 AZN cərimə gəlib. Ona zəng etdim ki, məbləği ödəsinlər. Onun qardaşı isə məni, mən də onu təhqir etdim”.
Söhbətin bu səviyyəyə çatdığını görən tərəflər məsələyə görüşərək aydınlıq gətirməyi qərarlaşdırıblar. Hətta deyilənə görə, həmin vaxt Valeh Həsənov və zərərçəkmiş şəxslərin hamısı sərxoş imiş.
Saxlanılan Valeh Həsənovun əvvəllər də məhkum olduğu deyilir.
Faktla bağlı artıq cinayət işi başlanıb, araşdırmalar aparılır.
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO






















.webp)










