Qırmızı.az
Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə “Azərbaycan şəhərciyi” təşkil olunacaq
Heydər Əliyev Fondu tərəfindən Parisin San Sülpis meydanında
“Azərbaycan şəhərciyi” təşkil olunacaq.
Heydər Əliyev Fondundan AzərTAc-a bildiriblər ki, sentyabrın 19-dan 28-dək
“Azərbaycan şəhərciyi”ndə ölkəmizin tarixi və mədəniyyətinin,
turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgilər
keçiriləcək.
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Nizami
Gəncəvi” və “Fransa Azərbaycan rəssamlarının gözü ilə” sərgilərində
Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair
eksponatlar, o cümlədən misgərlik məmulatları, şəbəkələr,
Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan
xalçaları təqdim olunacaq.
Burada Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materiallar, həmin dövrə aid arxeoloji tapıntılar - pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər sərgilənəcək.
“Azərbaycan şəhərciyi”ndə, eyni zamanda, milli mətbəximizi
tərənnüm edən köşklər qurulacaq. Müxtəlif şirkətlərə (“Azersun
Holding” MMC, “Gilan Holding” MMC, “AzGranata” MMC, “AzNar” QSC,
“Caspian Coast Winery & Vineyards”, “Fireland Vineyards”, “Aspi
Winery”, “Şərur-3” MMC, “Sirab” ASC, “Gəmiqaya Holdinq”, “Gədəbəy”,
AzPromo, “Azər-İlmə” MMC) aid köşklərdə milli şirniyyatlar,
içkilər, xalq sənətkarlıq nümunələri və s. sərgilənəcək.
“Azərbaycan şəhərciyi”ndə, həmçinin “Bakı-2015” Birinci Avropa
Oyunlarına hazırlığın təqdimatı keçiriləcək, “Azərbaycana səyahət”
turizm sərgisi vasitəsilə ölkəmizlə daha da yaxından tanışlıq
imkanı yaradılacaq.
Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən
nəşrləri də təqdim olunacaq.
On gün davam edəcək sərgi-yarmarkada Azərbaycanın incəsənət
ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert
proqramları ilə salamlayacaqlar. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm
qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri
Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın
klassik, caz və muğam sənəti təqdim ediləcək, kəndirbazların və
pəhləvanların çıxışları olacaq.
Qeyd edək ki, tədbirlər ərəfəsində Parisin küçələri Azərbaycana aid afişalarla bəzədilib.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?














.jpg)
.jpg)

















