Qırmızı.az
SOCAR-ın yeni loqotipindən ibarət bayraq Heydər Əliyev zirvəsində dalğalandı
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsinin 20-ci ildönümünə və neftçilərin peşə bayramına həsr olunmuş müxtəlif tədbirlər keçirlir.
Axar.az xəbər verir ki, SOCAR rəhbərliyinin və kollektivinin Ümummilli lider Heydər Əliyevin ruhuna böyük hörmət və ehtiramını ifadə etmək məqsədi ilə Heydər Əliyev zirvəsinə yürüş olub.
20 sentyabr 2014-cü ildə bir qrup yürüşçü Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər. SOCAR rəhbərliyinin, kollektivinin ümumumilli liderə böyük ehtiramının əlaməti olaraq SOCAR-ın yeni loqotipindən ibarət bayrağı bu gün ilk dəfə zirvədə dalğalandırıblar.
Yeni loqotip alov simvolu üzərində qurulub. SOCAR-ın inşası başa çatmaqda olan yeni inzibati binası da alov formasındadır. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rənglərini əks edilibdir. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolundan ibarət bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradır.
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq