Qırmızı.az
Bakının mərkəzi yolları 2 gün bağlı olacaq
Oktyabrın 2-si və 3-də paytaxtın mərkəzi hissəsindəki küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edəcək qonaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı şəhəri ərazisində bir sıra zəruri tədbirlərin görülməsi planlaşdırılır: "Belə ki, 4-cü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün bir sıra ölkələrin və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin Bakıya gəlişi gözlənilir. Oktyarbrın 2-si səhər saat 08:00-dan və 3-ü axşam saat 21:00-dək paytaxtın mərkəzi küçələrində, xüsusilə, paytaxtın inzibati ərazisində yerləşən "Fairmont Baku", "Absheron Mariott", "Four Seasons", "Hilton Baku" hotelləri, Heydər Əliyev Mərkəzi və onlara bitişik küçə və prospektlərdə - Aeroport şosesi, Heydər Əliyev, Azadlıq, Neftçilər prospektləri, Azneft dairəsi, həmçinin Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza, Mehdi Hüseyn, Mixail Lermontov, Teymur Elçin, 10-cu zavod dairəsi və Gülarə Qədirbəyova küçələri istiqamətlərində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək”.
V.Əsədov qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tədbir iştirakçılarının, həmçinin tədbirlərin keçirildiyi yerlər istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində müxtəlif işlərin görüləcəyini nəzərə alaraq, avtomobil sürücüləri və sahiblərinə hərəkət üçün əvvəlcədən alternativ yollar seçmələri və ya ictimai nəqliyyat vasitələrinin xidmətindən istifadə etmələri tövsiyə olunur.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ