Qırmızı.az
Ağsunun iki kəndinə qaz verildi
Bu gün Ağsu rayonunun Birinci Çaparlı və Qiyaslı kəndlərinə təbii qaz verilişinin bərpa edilməsi münasibətilə tədbir keçirilib.
Publika.az-ın Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə rayon İcra hakimiyyəti və ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 145 abonenti olan Birinci Çaparlı kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 499,5 metr olan müxtəlif diametrli polietilen və 10 927 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 2 ədəd şkaf tipli qaztənzimləyici məntəqə və 145 ədəd smart-kart tipli qaz sayğacı quraşdırılıb.
77 abonenti olan Qiyaslı kəndinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında ümumi uzunluğu 4000 metr olan müxtəlif diametrli polietilen və 9376 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 2 ədəd şkaf tipli qaztənzimləyici məntəqə və 77 ədəd smart-kart tipli qaz sayğacı quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinin qazlaşdırılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Gülnar Əliyeva
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ



































