Heydər Əliyev Fondu Türkiyədəki tələbələrə qurban kəsib
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev Fondu Türkiyədəki tələbələrə qurban kəsib

Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Əskişəhərdə təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Fondun Türkiyədəki nümayəndəliyinin əməkdaşı Ramil Ağazadə qurumun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanıldığını deyib.

İzmirdə keçirilən mərasimdə əvvəlcə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb. Daha sonra çıxış edən Azərbaycan diasporunun nümayəndələri, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri salona toplaşanları Qurban bayramı münasibətilə təbrik edərək, tələbələrimizə təhsillərini uğurla başa çatdırdıqdan sonra ölkəmizə layiqincə xidmət etməyi arzulayıblar.

Çıxışlarda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyi, ölkəmizdə dini, milli və mənəvi dəyərlərə böyük hörmət və diqqət göstərildiyi vurğulanıb.

Şənlik Azərbaycan musiqisinin sədaları altında gənclərimizin rəqsləri ilə davam etdirilib.

Ramil Ağazadə bildirib ki, hər iki tədbirdə qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər, xarici ölkələri təmsil edən tələbələr, nüfuzlu universitetlərin müəllimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm