Qırmızı.az
225 saylı məktəbin şagirdləri başqa məktəbə köçürüldü (YENİLƏNİB)
Dam örtüyü dağılan 225 saylı məktəbin şagirdləri sabahdan 53 saylı məktəbdə təhsil alacaq. Məktəbin direktoru S.Eminovanın sözlərinə görə, yalnız ibtidai siniflər üçün 1-ci mərtəbədə yaradılmış otaqlarda tədrisi davam etdirmələri planlaşdırılır.
“Yağış 4 mərtəbəli məktəbin 2, 3 və 4-cü mərtəbəsinə ziyan vurub. Yalnız birinci mərtəbədə vəziyyət yaxşıdır. Yağışdan zərər görməyən siniflərdə ibtidai siniflərin tədrisi davam etdirməsi üçün işlər aparılır. Digər siniflər isə 53 saylı məktəbə köçürülüb. Bununla bağlı sinif rəhbərləri bütün ailələrə zəng edərək məlumat verib”.
Direktor məktəbdə tədrisin yenidən bərpa edilməsi tarixinin dəqiq bəlli olmadığını dedi:
“Dam örtüyünün təmir edilməsi ilə bağlı işlər gücləndirilib. Bu həftə ərzində tədrisi 53 saylı məktəbdə davam etdirəcəyik. Noyabrın 12-dən 18-dək məktəblərdə tətildir. Ümid edirik ki, şagirdlər tətildən qayıdanda işlər tam başa çatacaq”.
***
Ötən gün paytaxta yağan yağış 225 saylı məktəbin bəzi siniflərində tədrisin dayandırılmasına səbəb olub.
Bu barədə Publika.az-a məlumat verən məktəbin direktoru Sevda Eminova bildirib ki, binanın dam örtüyü dağıldığından yağan yağış siniflərə dolub:
“Oktyabrın 19-da güclü külək məktəbin dam örtüyünü dağıtmışdı. Həmin gündən təmir işlərinə başlansa da, işlər tam başa çatmayıb. Ötən gün yağan yağış isə siniflərə dolub. 3-4-cü mərtəbələrdəki siniflərdə tədris bu günlük dayandırılıb. Şagirdlər evə buraxılıb”.
Direktor Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının məktəbdə olduğunu dedi:
“Sinif otaqlarında tədrisin davam etdirilməsi üçün təhlükəli vəziyyət yaranıb. Buna görə də şagirdlər müvəqqəti olaraq tədrisi yaxınlıqdakı məktəblərdə davam etdirəcək. Şagirdlərin hansı məktəblərə köçürülməsi barədə yaxın saatlarda təhsil idarəsindən məlumat veriləcək”.
Xatırladaq ki, oktyabrın 19-da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxmışdı.
Gülxar
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq