Qırmızı.az
Xalq şairi Sabir Rüstəmxanlı yaradıcı gənclərlə görüşdü
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin bir qrup tələbəsi Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçiriblər.
VHP-nin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə,
gənc yazarların istəyi ilə baş tutan görüşdə Sabir Rüstəmxanlı öz
təcrübəsini, ədəbi baxışlarını, dilə münasibətini gənclərlə
bölüşüb. Görüşdə ana dilinə və ədəbi ənənələrə laqeydlik,
nəsillərarası narazılıq da müzakirə olunub.
Ədəbi nəsillər arasındakı mübahisələrə münasibət bildirən Sabir
Rüstəmxanlı hər zaman gəncliyin mövqeyini müdafiə etdiyini dilə
gətirib:
"Yeni nəslin özlərindən əvvəlki ədəbi nəsli qəbul etməməsi
qanunauyğunluqdur. Biz də siz yaşda olanda belə mübahisələr vardı.
Amma bu mübahisələr ədəbiyyatın sərhədlərini aşmamalı, şəxsi nifrət
səviyyəsinə enməməlidir. Təəssüf ki, ədəbi gənclik mübahisələri
bəzən şəxsi düşmənçiliyə çevirir".
S.Rüstəmxanlı yeni nəslin özünü ifadə etməsinə şərait yaratmağın,
istedadların əlindən tutmağın yaşlı nəslin ədəbi borcu olduğunu
söyləyib: "İmkanım daxilində gənclərdən heç bir dəstəyi
əsirgəməmişəm və bu gün də əsirgəmirəm".
Ədəbiyyatın ictimai həyatdan kənar olmadığı, dövrünün və mühitinin
ağrı-acılarını hər zaman daşıdığı da müzakirə olunub
"Ömür kitabı"ndan sonra S.Rüstəmxanlı yaradıcılığında növbəti
mərhələ olan "Göy Tanrı" romanı barədə də ayrıca müzakirə aparılıb.
S.Rüstəmxanlı BSU Yaradıcılıq fakültəsinin gerçəkləşdirmək istədiyi
"Göy Tanrı" romanının geniş müzakirəsində iştirak edəcəyini
bildirib.
Daha sonra Xalq şairi dünya ədəbiyyatı, ədəbi cərəyanlar, sənət
incəlikləri, yaradıcılıq mətbəxi və s. bağlı gənclərin suallarını
cavablandırıb.
Görüşdə gənclərin şeirlərini dinləyən və onlara münasibət bildirən
millət vəkili hələ çap olunmamış yeni şeirlərini də səsləndirib.
Sonda gənclərin istəyi ilə S.Rüstəmxanlı imza mərasimi keçirib.
Rüfət Əhmədzadə
Publika.Az
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...









.jpg)




.png)















.jpg)


