Bakıda yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda yağış yağacaq

Sabah Bakıda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər çiskinli olacaq. Havanın arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında temperatur gecə 0-2, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Sabah respublikanın bəzi yerlərində havanın yağıntılı olma, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağma ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm