Qırmızı.az
Ali məktəblərdə ciddi dəyişikliklər gözlənilir
"Bu gün Azərbaycanın ali təhsil müəssisələrində lazımsız yüklənmə, süni ixtisasların, istiqamətlərin artımı kimi mövzular müzakirə edilməlidir".
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirlliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.
Tələbənin il ərzində mənimsəmə imkanının onun akademik yüklənməsinin həcminə bağlı olduğunu vurğulayan nazirin sözlərinə görə, Azərbaycanda tələbənin akademik yükü eyni ixtisaslar üzrə digər ölkələrdə oxuyan tələbənin akademik yükündən təxminən 30 faiz çoxdur. Buna görə də ötən il ali məktəblərdə bir çox ixtisaslar üzrə akademik yük azaldılıb.
M.Cabbarov bildirib ki, bu mövzularda məsələlərin həlli üçün bir çox hallarda qəti qərarlar tələb olunur və bu qərarlar da müzakirə edilməlidir.
Nazir bütün ali məktəb müəllimlərinin bu məsələnin həllində birgə çalışmasını da vacib sayıb: "Hamı sehrli açar axtarır və deyir ki, biz o bir səbəbi aradan qaldıraq və bundan sonra bütün işlər gözəl olacaq. Biz ali təhsil müəssisələrində həmin o sehrli açarın axtarışında olmayaq, hamımız o işlərin təkmilləşdirilməsi üçün çalışaq. Biz Təhsil Nazirliyi olaraq, hansı ali təhsil müəssisəsində, kollektivdə bu istəyi, bu mürəkkəb qərarların qəbul olunmasında iradəni görsək, ona dəstək də verəcəyik. Mürəkkəb qərarlar dedikdə heç də nəzərdə tutmuruq ki, bu, ədalətsizlik, kütləvi ixtisarlar olsun. Әsla. Biz nəzərdə tuturuq ki, ali təhsil müəssisələrində daha düzgün, optimal yollar axtarılmalıdır. Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidir".
M.Cabbarov onu da qeyd edib ki, Boloniya prosesinin tələblərinə də düzgün əməl etmək lazımdır. Onun sözlərinə görə, əmrlə Boloniya prosesinə keçmək olmaz: "Әmrlə Boloniya prosesi, yaxud hansısa akademik proqramın islahatı tətbiq oluna bilməz. Təhlillər apardıqda görürük ki, əksər ali məktəblər Boloniya prosesini tətbiq etdikdə 5 illik tədris proqramını 4 ilə sıxışdırıb. Bununla da səmimi olaraq inanıblar ki, Boloniya prosesi bizdən bunu tələb edib".
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq

































