Qırmızı.az
Rektorun qızını döyən şəxs 11 min manat cərimə olunub
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərlə bağlı yayılan xəbərlərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi münasibət bildirib.
Publika.az aznews.az-a istinadən xəbər verir ki, rektorun qızı Ülkər İsaxanlının yaxın münasibəti olduğu Zaur və Elin Məmmədovların küçənin ortasında xuliqanlıq hərəkətləri etməsi birinci hal deyil. Məlumata görə, onlar idarə etdiyi avtomobillərlə də Bakıda asayişi tez-tez pozurlar. Təkcə rektorun qızının döyülərək aparıldığı 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobilin qeydə alındığı cərimələri araşdırsaq bunun şahidi olarıq. Əldə etdiyimiz məlumata görə, təkcə ötən il bu avtomobilin qeydə alınan radarlarının, kobud qayda pozuntularının sayı 200-dən çoxdur. Hazırda həmin avtomobil cərimələrin ödənilməməsinə görə axtarışdadır. Avtomobilin texniki pasportu Elin Məmmədovun adınadır. Amma həmin avtomobili təkcə Elin və ya onun qardaşı Zaur idarə etmir. Elin avtomobili həm də etibarnamə ilə atası – Məmmədov Muxtar Şirinoviçə verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi «Bentley» markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb.
Belə ki, E.Məmmədov barəsində 94 MMX radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib. Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb: «Bu məlumatları yayarkən dəqiqləşdirmək lazımdır. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin sürücü nə qədər qayda pozubsa, hamısının cəriməsini ödəyib və sürücülük hüququndan da məhrum edilib».
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı


































