Dünya
Lavrov Rusiyanın Kiyevə zərbələri barədə Rubionu məlumatlandırdı
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mark Rubio ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Kiyevdə yerləşən və ordunun ehtiyacları üçün istifadə olunan obyektlərə, müvafiq qərar qəbuletmə mərkəzlərinə sistemli və ardıcıl zərbələr endirməyə başlaması barədə məlumatı rəsmi şəkildə Amerika tərəfinə çatdırıb.
Kiyevdə nümayəndəlikləri olan digər dövlətlərlə yanaşı, ABŞ-a da öz diplomatlarının və digər vətəndaşlarının Ukrayna paytaxtından təxliyəsini təmin etmək tövsiyə olunub.
"Lavrov və Rubio, məlum fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ-nin bir-birinin ərazisindəki diplomatik missiyalarının iş şəraitinin normallaşdırılması üzrə səyləri aktivləşdirmək barədə qarşılıqlı niyyətlərini təsdiqləyiblər", - bəyanatda qeyd olunub.
-
Nəqliyyat25 May 21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial25 May 17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial25 May 16:52İTV-nin yeni baş direktoru müəyyən oldu







































