Qırmızı.az
Azərbaycana 20 kiloqramdan artıq narkotik gətirən iranlılar saxlanıldı
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları 20 kiloqramdan
artıq narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını
alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, idarə
əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində Su Elektrik
Stansiyasının qarşısından keçən maşın yolunun kənarında
qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələri satmaq
istəyən İran İslam Respublikası vətəndaşları Aşena Murtuza Cahangir
oğlu, Xəlili Səccad Əyyub oğlu saxlanılmış və onlara məxsus iki
ədəd idman çantasına baxış keçirilib.
Baxış zamanı idman çantalarının birində polietilen paketlərdə
qablaşdırılmış 10 ədəd dördbucaq formalı bağlamalarda, digər
çantada isə eyni formalı 11 ədəd bağlamada, ümumi xalis çəkisi 20
kiloqram 390 qram olan narkotik vasitə - həşiş qətranı aşkar
edilərək götürülüb.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini
qanunsuz olaraq keçmə, satış məqsədi ilə qanunsuz olaraq narkotik
vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, qanunsuz
olaraq narkotik vasitələri külli miqdarda satma və Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar,
qaçaqmalçılıq yolu ilə keçirmə faktına görə Dövlət Gömrük
Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə
cinayət işi başlanmışdır.
Cinayət işi üzrə İran İslam Respublikasının vətəndaşlarıAşena
Murtuza Cahangir oğluvə Xəlili Səccad Əyyub oğlu şübhəli şəxs
qismində tutulmuş, onlara Azərbaycan Respublikası CM-nin
müvafiqmaddələri ilə ittiham elan edilərək Bakı şəhəri Yasamal
rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri
seçilib.
Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
ABŞ14:05Kosmosda nüvə müharibəsi - ABŞ və Britaniya təcili hərəkətə keçdi
-
Sosial13:19İki idarə rəisini vəzifədən azad etdi
-
Maraq dünyası11:55Bu 3 bürc daha tez varlanır
-
İqtisadi gündəm10:51Yenilənmiş 100 manatlıq pul nişanı buraxılır - FOTO
-
Region10:00Qərbin Cənubi Qafqazda planı budur - Lavrovdan sensasion iddia
-
Dünya09:48Dubayın varlıları bu ölkəyə qaçır - Əmlak almaq üçün növbə yaranıb
-
Dünya09:12Qərb çəkilir: Moskva və Pekinin qlobal nizamı dəyişdirmək planı bəlli oldu
-
Magazin208:12Attraksiondan yıxılan müğənni həyatını itirdi


































