Qırmızı.az
Binəqədidə “Xocalı soyqırımı: tarixi, siyasi və hüquqi təhlil” mövzusunda konfrans keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı: tarixi, siyasi və hüquqi təhlil” adlı konfrans keçirilib.
Publika.Az xəbər verir ki, konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısınıın müavinləri, aparatın şöbə müdirləri, Milli Məclisin deputatı Madər Musayev,YAP Binəqədi Rayon Təşkilatının rəhbərliyi və əməkdaşları, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının nümayəndələri və konfransa dəvət edilmiş qonaqlar iştirak ediblər.
Konfransdan əvvəl qonaqlar peşəkar və həvəskar rəssamların əl işlərindən ibarət olan, özündə 1992-ci il 26 fevral qanlı Xocalı soyqırımını əks etdirəm rəsm əsərləri ilə tanış olublar.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirib ki, Prezidentin apardığı siyasət nəticəsində artıq dünya ictimaiyyəti Xocalı haqda məlumatlara malikdir. Bu gün Xocalı Soyqırımı bir çox dövlətlər tərəfindən soyqırım aktı kimi tanınır.
Sonra "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının koordinatoru Sevinc İsgəndərova çıxış edərək Xocalı soyqırımına dünya miqyasında siyasi qiymətinin veriməsindən danışıb. O bildirib ki, tanıtım kampaniyası 2008 ci il mayın 8-də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın əsas məqsədi bu soyqırımın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Son beş ildə kampaniya böyük uğurlara imza atıb, 2009-cu ildə Cenevrədə, 2010-cu ildə Brüsseldə böyük tədbirlər keçirilib. Tədbirlərdə Avropa Parlamentinin deputatları iştirak ediblər. Bu il İndoneziyada məsciddə xütbə oxunub. Hazırda Xocalı Soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün Strateji Araşdırmalar Mərkəzi ilə birgə iş aparılır. Bundan başqa Xocalı haqqında roman yazılması istiqamətində də iş aparılacaq.
Konfransda Xocalı Soyqırımının Beynəlxalq Məhkəmə perspektivindən təhlili mövzusunda çıxış edən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının hüquq məsləhətçisi Vusal Qurbanov qeyd etdi ki, bu gün Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması üçün iş aparılır. Xocalıya Ədalət Kampaniyası artıq “Sosial Həmrəylik” aksiyasına da başlayıb və Xocalda hər iki valideynlərini itimriş 25 şəxs bu gün Binəqədi Rayon İcra Hakimiyytində olub və onlardan ikisinə ilboyu müavinət veriləcək.
Vüsal Qurbanov bildirib ki, Xocalı soyqırımının tanınmasının istiqamətində təkcə bir il ərzində dünyanın 40 ölkəsində müxtəlif tədbirlər keçirilib. İslam Konfransı Təşkilatı bu cinayətin soyqırım olması haqda qətnamə qəbul edib. Sonra Pakistan, Meksika, Kolumbiya, Peru kimi dövlətlər Xocalı hadisələrini soyqırım kimi tanıyıb. Bu il isə Honduras Xocalı Soyqırımını tanıyan qətnamə qəbul edib. O qeyd etdi ki, inanırıq ki, bu soyqırımı törədən şəxslər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunacaqlar.
-
Magazin105:45
Xalq artistinin nəvəsi… - FOTO
-
Sosial05:15
Qiymətləri od tutub yanan uşaq paltarları - Bahalığın SƏBƏBLƏRİ / VİDEO
-
ABŞ04:44
Trampın "Panama savaşı" ALOVLANIR: "Bunu sonra görəcəyik"
-
ABŞ00:45
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ
-
Səhiyyə00:30
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri AÇIQLAMA
-
Paranormal00:00
Günün ULDUZ FALI - Olduqca önəmli bir şeyi itirəcəksiniz
-
Hadisə22 Dekabr 23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222 Dekabr 22:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı