Sosial
Adil Kərimli Əndicanın Mədəniyyət Paytaxtı-2026 açılışında iştirak etdi - FOTOLAR
İyunun 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistan Respublikasına səfəri çərçivəsində “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin təntənəli açılış mərasimində iştirak edib.
Publika.az xəbər verir ki, Türk dünyasının ortaq tarixi-mədəni irsinin təşviqinə və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən tədbirdə türk dövlətlərinin mədəniyyət nazirləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Əndican şəhərinin zəngin tarixi, qədim mədəni ənənələri və türk-islam sivilizasiyasının inkişafındakı rolunu vurğulayaraq layihənin türk xalqları arasında mədəni həmrəyliyin və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində Türk dünyasının musiqi və rəqs kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub, müxtəlif xalqların zəngin mədəni irsi nümayiş etdirilib.
Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakı ölkəmizin Türk dünyası ilə mədəni əlaqələrin dərinləşdirilməsi, ortaq irsin qorunması və beynəlxalq humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürü kimi dəyərləndirilir.






-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO













.jpg)





















.jpg)
