Hansı müəllimlər iş yerini dəyişə bilməyəcək?
Bizi izləyin

Qırmızı.az

Hansı müəllimlər iş yerini dəyişə bilməyəcək?

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu ilə bağlı qaydalarında yeni tətbiq olunacaq məhdudiyyətləri açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin Nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəssisə rəhbərinin, həmin müəssisələrdən digər dövlət ümumi təhsil müəssisələrinə dəyişdirilməsi isə tabelik üzrə təhsili idarəetmə orqanının təqdimatı əsasında Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə müsabiqə yolu ilə həyata keçirilir.

İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə dəyişdirilməsi tabelik üzrə təhsili idarəetmə orqanının təqdimatı əsasında Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə müsabiqə yolu ilə həyata keçirilir.

Ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələrində təhsilini başa vurmamış, həmçinin qeyri-pedaqoji təhsilli və xaricdə təhsil alaraq təhsil sənədi 3 Nazirlik tərəfindən tanınmamış şəxslərin müəssisələrə müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.

Ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölməsində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müddətli əmək müqaviləsi ilə işə qəbulu qadağandır.

Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir

Dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başa çatdıqdan sonra, proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilir.

İş yerinin dəyişdirilməsi müsabiqəsində yalnız müəssisələrdə müddətsiz müqavilə əsasında müəllim işləyənlər iştirak edə bilərlər. 3.3. İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar. İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu qaydalar əsasında baxılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm