Qırmızı.az
Avropa Oyunları ərəfəsində parkinq qaydaları AÇIQLANDI
Birinci Avropa Oyunları ərəfəsində hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonaları olacaq. Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə, sakinlərin evlərinə rahat gediş-gəlişini təmin etməkdir.
Publika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Məlumatda bildirilib ki, bütün nəqliyyat vasitələri heç bir
məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə
bilərlər. Lakin Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən
başqa heç kimə parkinq icazəsi verilməyəcək.
İstisna olaraq, avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün parkinq icazəsi tələb olunmur.
PCZ-ə daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər/qurumlarda
çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun
əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün
ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən
şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada
parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları
istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə
bilərlər.
Parkinq icazəsi mayın 15-dən sonra veriləcək. İcazə iyunun 1-dən 30-dək etibarlı olacaq. İcazə almaq üçün faktiki yaşadığı ünvanı təsdiq edən sənəd, nəqliyyat vasitəsinin pasport, sürücülük vəsiqəsi tələb olunur. Parkinq icazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.
Sakinlər heç bir ödəniş etmədən parkinq icazəsi ilə təmin
olunacaq. İtirilmiş, oğurlanmış parkinq icazələri yenisi ilə əvəz
olunmayacaq. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq
icazəsi zədələndiyi halda, etibarsız sayılacaq.
Parkinq icazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən
maşınlar yol polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək
və cərimə tətbiq olunacaq.
Parkinq icazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir. Xəbərdarlıqda parkinq icazələrini əldə etdikdə, bu icazələrin istifadəsi üzrə təlimat vərəqəsini götürməyi unutmamaq qeyd edilir.
Nəqliyyat vasitəsi Parkinqə Nəzarət Zonasında olarkən parkinq icazəsi hər zaman nəqliyyat vasitəsinin üzərində görünməlidir.
Gülxar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək





















.jpg)



.webp)










