Qırmızı.az
Milli Məclis teleaparıcı mövzusuna toxundu
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov son günlər yenidən gündəmə gələn aparıcıların səviyyəsi və mədəniyyəti məsələsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, N.Cəfərov aparıcıların səviyyəsi və mədəniyyəti məsələsinin həmişə problemli olduğunu bildirib.
O qeyd edib ki, aparıcı televiziyanın simasıdır: “Bəd xəbər də olsa, şad xəbər də olsa, aparıcının şəxsiyyəti olmalıdır, burada birinci növbədə televiziyanın siması müəyyənləşdirilir. İndi bizdə bu sahədə xüsusi bir məktəb yoxdur”.
Dünya praktikasından misal gətirən N.Cəfərov vürğulayıb ki, dünyada hər bir televiziyanın daxilində aparıcını yetişdirən məktəb var:
“Televiziyada aparıcıların üzərində hər zaman nəzarət olur, o cümlədən onların hərəkətləri, reaksiyaları təhlil olunur. Düzdür, Azərbaycanda bu sahədə müəyyən qədər inkişaf var, amma buna baxmayaraq, yenə də bu problem qalmaqdadır”.
N.Cəfərov bir məqama da toxunub. Bu da telekanalların aparıcıların ya müğənni, ya da incəsənət adamı olmasına üstünlük verməsidir:
“Bu da istər-istəməz problem yaradır. Çünki bizdə deyim ki, bir çox müğənnilərin intellekt səviyyəsi çox aşağıdır. Çünki onlar aparıcılıq məktəbi görmürlər, sadəcə oxumaq istedadlarına görə gəlirlər və onların təfəkkürü lazımi zənginlikdə olmur. Yaxşı aparıcı olmaq üçün ictimai, siyasi, ideoloji təfəkkür lazımdır”.
N.Cəfərov onu da qeyd edib ki, aparıcılarda bir az şitlik çox olur, xüsusilə də qadın aparıcılarda: “Kişi aparıcılar nisbətən normaldırlar, müəyyən qədər gözləyirlər”.
Trend
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?













.jpg)
.jpg)

















