Qırmızı.az
Nazir: “Qərar bu məsələyə aydınlıq gətirir”
“Azərbaycanın BMT-yə təqdim etdiyi “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması" layihəsi bizi ən çox narahat edən məsələnin həllinə böyük dəstək oldu”.
Publika.az-ın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
Nazir bildirib ki, bu vaxta qədər hər hansı ölkədə turizm sərgisi keçiriləndə “qonşumuz” öz əraziləri kimi təklif edib, səfərlər təkil edirdi. Bu Azərbaycanın ərazi bütövlüyünə zidd hərəkətdir. Artıq onlar bu işi həyata keçirə bilməyəcəklər:
"Düzdür, biz səfirliklər və digrə diplomatik yollarla bunun qarşısını müəyyən qədər alsaq da, bəzən bunu edə bilmirdik. BMT-na müraciət edərkən bu məsələnin yalınız Azərbaycanın deyil, digər münaqişə zonaları üçün də vacib olduğunu bildirmişdik. Bu məsələ müstəqil təşkilat olan Etika Komitəsinin sərəncamına verildi. Ötən ilin noyabr ayında Komitənin Romada keçirilən iclasında qərar qəbul edildi ki, turistlərə yalnış məlumat verilməsi etik kodeksin pozulmasıdır. Həmçinin BMT-nin Təhlükəsizlik Şurasının qərarına ziddir”.
Nazir onu da vurğulayıb ki, Ermənilərin etirazına baxmayaraq qəbul edilən qərar bundan sonra Qarabağda keçiriləcək hər hansı tədbirin təşkilatçılarına da etirazımızı təqdim etməyə imkan verəcək.
"Hesab edirəm ki, turizm və digər humanitar məsələlərdə ilk dəfədir ki, BMT-nin Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı qəbul etdiyi qətnamələrinin işə salınmasıdır. Bu qərar həmin qətnamələrin icra mexanizmi yolunu göstərmiş oldu. Sabah hər hansı turist təşkilatı Qarabağa turist səfəri təşkil edərsə, həmin turistin başına gələcək hadisəyə görə, məsuliyyət həmin təşkilatın üzərinə düşür. Çünki bu qərar bu məsələyə aydınlıq gətirir. Bu qərarı pozanlar özləri məsuliyyət daşıyır. Bununla da Azərbaycan dünya turizminə öz tövhəsini verdi".
Gülxar
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO