Qırmızı.az
İnformasiya təhlükəsizliyi istiqamətində təlimlərə start verildi
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Konfrans zalında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
Təşkilatdan Publika.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində informasiya təhlükəsziliyinin daha etibarlı təminatı yolları və vasitələrinin müəyyən edilməsi istiqamətində innovativ elmi-analitik araşdırmalara start verməkdən ibarətdir.
Tədbir çərçivəsində “Paradiqma” ictmai siyasi tədqiqatlar ictimai birliyinin sədri, prof. Elman Nəsirov layihənin əhəmiyyətinə toxunaraq qeyd edib ki, XXI yüzilliyin informasiya əsri olduğunu bir an belə unutmamalı və bu reallıqdan çıxış edərək Ermənistanın təzavüzkar siyasəti və onun ağır nəticələri haqqında təbliğat-təşviqat kampaniyasını innovativ metodlarla zənginləşdirməli, bu istiqamətdə informasiya məkanında üstünlüyümüzü təmin etməliyik. Məsələyə bu kontekstdə yanaşdıqda təqdimatını keçirdiyimiz layihənin həm elmi, həm də böyük siyasi aktuallıq kəsb etdiyi qənaətinə gələ bilinər.
Tədbirdə çıxış edən profesor Namiq Axundov (DİA) və dosent Firdovsiyyə Əhmədova (DİA), layihə çərçivəsində təlimçilər Telman Məmmədov və Yusif Ağayev (“Paradiqma” İB”), ekspertlər Mürtəza Həsənov (“Paradiqma” İB) və Araz Qədiməliyev (“Paradiqma” İB) layihənin əhəmiyətindən bəhs etdilər, onun reallaşdırılması istiqamətində atılacaq addımlar haqqında fikir və mülahizlərini ifadə etdilər. Sonra layihə ətrafında geniş fikir mübadiləsi aparıldı, konkret təklif və tövsiyələr irəli sürüldü.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, QHT təmsilşiləri, mətbuat nümayəndələri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edirdi.
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ















.jpg)




.jpg)




.png)




