Qırmızı.az
Xadiməni döyən məktəb direktoru danışdı: "Qolundan tutdum və..." (YENİLƏNİB)
Ağsu rayonunda orta məktəb direktoru işçisini döyüb. ANS
PRESS-in məlumatına görə, bu barədə zərərçəkən polisə şikayət
edib.
Hadisə Keçdiməz kəndinin orta məktəbində qeydə alınıb. Qadın
şikayətində deyib ki, orta məktəb direktoru Maarif Səmədov işə
gecikdiyi üçün onu vurub. Rayon polis şöbəsindən ANS PRESS-ə
qadının şikayətinin araşdırıldığını bildiriblər.
Hadisə ilə bağlı məktəb direktorunun özü ilə əlaqə saxladıq.
Maarif Səmədov ANS PRESS-ə açıqlamasında qadını döymədiyini
bildirib. Onun sözlərinə görə, xadiməyə sadəcə qışqırıb və onun
qolundan tutub.
"Mənim 60 yaşım var. Rəsiqə mənim şagirdim olub. Dəfələrlə işə
gecikirdi. Dedim izahat yaz. İmtina etdi. Ərklə qolundan tutdum və
qışqırdım. Allaha and olsun ki, onu vurmamışam. Bu yaşda mənə
yaraşmaz".
Rayon Təhsil Şöbəsinin rəis müavini Adil Kərimovun ANS PRESS-ə
verdiyi məlumata görə, hadisə barədə xəbərdardırlar.
"Hazırda araşdırma aparırıq. Məktəb direktoru və xadimə
üzləşdiriləcək. Araşdırmalardan sonra hadisənin əsl mahiyəti məlum
olacaq".
Təhsil Nazirliyindən də hadisənin araşdırıldığını bildirdilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun ANS PRESS-ə verdiyi məlumata görə, əgər şikayət təsdiqini taparsa, məktəb direktoru şiddətli şəkildə cəzalandırılacaq.
***
Azərbaycanın təhsil sistemində daha bir biabırçılıq olub.
Belə ki, Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib.
AzNews.az xəbər verir ki, rayonun Keçdiməz kənd
orta məktəbinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı
döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş
verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında
başlayan mübahisə sonda direktorun xadiməni döyməsilə nəticələnib.
Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya
aparılıb.
Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn
Mənsimli faktı AzNews.az-a təsdiqləyib. Bildirib ki, direktor
M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə
R.Orucovanın döyüldüyünü təsdiq edir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb.
Araşdırma aparılır.
Kənd sakinlərinin AzNews.az-a verdiyi məlmata görə, bu, M.Səmədovun
ilk belə əməli deyil. Bir neçə il əvvəl o, məktəbin şagirdini
döydüyü üçün vəzifədən uzaqlaşdırılıbmış. Lakin Ağsu rayon Təhsil
Şöbəsi onu yenidən məktəbə direktor təyin edib. Bu isə təəccüblü
deyil. Əldə etdiyimiz məlumata görə, sözügedən şöbənin rəhbəri
Tahir Xasıyev M.Səmədovun əmisi oğludur.
Xatırladaq ki, analoji hadisə ötən il Ağcabədi rayonunda da baş
vermişdi. Rayonda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbinin
direktoru Hidayət İbrahimov müavini və qohumu ilə birlikdə xadiməyə
şiddət göstərmişdi. Məktəb müəllimlərindən biri (həyat yoldaşı)
döyülən xadiməni huşsuz vəziyyətdə tapmışdı.
Bundan əlavə, Abşeron royununda da oxşar hadisə baş vermişdi.
Məktəb direktorunun öz yaxınları ilə birlikdə xadiməyə şiddət
göstərməsi bir müddət mətbuatın gündəmində olmuşdu.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim