Qoroskop
Məşhur astroloqdan subaylara şad xəbər - Təsiri 4 gün davam edəcək
Məşhur türk astroloq Dinçer Güner “X” sosial media hesabında "Sevginin qızıl dövrü başlayır! Subaylara şad xəbər!" başlığı ilə yazı paylaşıb.
Publika.az xəbər verir ki, Dinçer yazıda bu gündən etibarən Venera və Yupiterin birlikdə hərəkət edəcəyini açıqlayıb. O, bunun təsirinin 4 gün davam edəcəyini bildirib.
Astroloqun sözlərinə görə, sevgi və maliyyə məsələlərində müsbət yöndə inkişaflar başlayır. Bu günlərdə görmək istədiyiniz işi sürətli və çox səy göstərmədən edə biləcəksiniz. Həm sosiallaşa, həm də böyük imkanlarla qarşılaşa bilərsiniz. Bu fürsətlər həm sevgi, həm də maliyyə məsələləri ilə bağlı ola bilər.
Mövcud münasibətlərdə yarana biləcək problemləri sevgi ilə yanaşaraq həll edə, daha çox romantik vaxtlar keçirə bilərsiniz. Əgər subaysınızsa, yeni və maraqlı münasibət başlaya bilər. Bu dövrdə yeni iş imkanları, maaş artımları və ya investisiyaların müsbət nəticə vermə ehtimalı var. Dostluq və ictimai əlaqələr daha zövqlü olur, dəvətlər və əyləncələr çoxalır.
Roza
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?




































