Qoroskop
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
Oktyabr ayı Veneranın təsiri ilə sevgi dolu bir dövr olacaq. Bəzi bürclər üçün romantik duyğulardan həzz və həyatlarının həqiqi sevgisini qarşılamaq zamanıdır.
Oktyabr ayı Tərəzi üçün xüsusi vaxtdır. Öz mövsümündə olan Tərəzilər bu ayın enerjisi ilə romantik münasibətlərin cazibəsində olacaqlar. Münasibətlər planeti hesab olunan Veneranın Tərəzi bürcünə təsiri ilə onlar əsl sevgilərini tapmaq şansı qazanacaqlar. Romantikanı sevən, estetik dəyərlərə önəm verən Tərəzilər ruh yoldaşları ilə görüş imkanı əldə edəcəklər.
Oktyabr ayında Venera və Merkurinin təsiri ilə Əqrəblər eşq həyatlarında dərin və ehtiraslı bir dövr yaşayacaqlar. Əsrarəngiz və cazibədar təbiəti ilə tanınan Əqrəblər bu ay emosional bağlarını gücləndirmək üçün fürsət tapacaqlar. Xüsusilə yeni insanlarla tanış olmaq və dərin emosional bağlar qurmaq baxımından çox şanslı dövrdür.
Oxatan bürcü üçün oktyabr ayı yeni sevginin müjdəçisi ola bilər. Sərgüzəşt və azadlıq düşkünü olan Oxatanların bu ay azad ruhları ilə uyğun gələn tərəfdaşla tanışlıq ehtimalı var. Oxatanların yeni insanlarla tanışlıq şansı yüksəkdir, maraqlı sevgi macərası başlaya bilər. Romantik münasibətlərdə onları əyləncəli və enerjili bir dövr gözləyir.
Duyğusal və romantik təbiəti ilə tanınan Balıqlar oktyabr ayında Veneranın su qrupuna təsiri ilə eşq şansı qazanacaqlar. Güclü intuisiyaya sahib olan Balıqlar bu dövrdə emosional ahəngdarlığa və dərin münasibətlərə doğru addım ata bilərlər. Həyatlarına yeni romantik partnyor daxil olduqda mənəvi və emosional əlaqələr qurmaq şansları artacaq.
Teleqraf.com
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?


































