Qoroskop
Hər gününü son günü kimi hiss edən 4 BÜRC
Astrologiyada bəzi bürclər sanki hər an hər şey bitəcəkmiş kimi dərin hisslər yaşayırlar. Onlar üçün emosiyalar daha gərgin, anlar daha kəskin olur. Bəziləri keçmişin yükü ilə, bəziləri isə gələcəyin qeyri-müəyyənliyi ilə yaşayır. Onlara elə gəlir ki, hər gün son gündür.
Publika.az həyatlarını duyğuları ilə yaşayan 4 bürcü təqdim edir:
Əqrəb
Əqrəblər nə hiss edirsə, onu ən ekstremal şəkildə yaşayır. Onların sloqanı “Ya hər şey var, ya da heç nə” cümləsidir. Hər an qiyamət baş verəcək kimi əhval-ruhiyyəyə malikdirlər. Hər şeyi beynində dərindən təhlil etdiyinə görə kiçik şeylər də onun üçün böyük olur. Əqrəb dünyasında heç bir duyğu səthi deyil.
Xərçəng
Sevdiyi insana hədsiz dərəcədə bağlanır və itki yaşayarsa, həyatı dayanır. Ürəyi ilə hərəkət edir və hisslərinin ona dediyini edir. Sevinci də, kədəri də onun həyatının mərkəzidir. Kənardan yumşaq, kövrək və qayğıkeş görünsə də, onun daxili aləmində fırtınalar qopur. Onun üçün həyat duyğuların marafonudur və bu marafon zamanı hər an ağrı, narahatlıq və ya həsrət içində ilişib qala bilər.
Balıqlar
Onlar ən həssas, ən intuitiv, ən xəyalpərəst bürclərdir. O qədər həssasdırlar ki, bəzən hətta özü də “Mən niyə beləyəm?” deyərək təəccüblənir. Hər anını kino səhnəsindəymiş kimi yaşayır. O, duyğularla yaşayır, lakin bəzən bu hisslər o qədər şiddətlənir ki, bu günün dünyanın son günü olduğunu hiss edə bilər. Balıqlar bu dünyaya hiss etmək üçün gəliblər.
Oğlaq
Oğlaqlar kənardan güclü və möhkəm görünür. Amma onların daxili aləmində daima narahatlıq hökm sürür. Oğlaqlar planlıdır, lakin acı təcrübələrlə həyatın planlara uyğun inkişaf etmədiyini öyrəniblər. Onlar həyatı çiyinlərində daşıyırlar. Məhz buna görə Oğlaq hər gün öləcəkmiş kimi yaşayır.
Roza
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi







.jpg)
















.jpg)







