Qoroskop
Bu gün saat 20:46-da 5 bürcün həyatı dəyişəcək: Möcüzələr olacaq
2026-cı ilin ilk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 20:46-da baş verəcək.
Publika.az xəbər verir ki, astroloqların fikrincə, bu tutulmanın 5 bürc üçün möhtəşən təsirləri olacaq.
Həmin bürcləri təqdim edirik:
Əqrəb
Əqrəb üçün tutulmalar transformasiyaya aparan bir qapıdır. Bugünkü tutulma Əqrəbin daxili qorxularını geridə qoymasına imkan verəcək. Xüsusilə maliyyə məsələləri, tərəfdaşlıq və ya emosional əlaqələr sahələrində yeniliklər olacaq. Bu tutulma Əqrəbə "güc artıq sizin içinizdədir" mesajını verir.
Şir
Bu tutulma ilə hakim planeti Günəş olan Şirlərin özünəinamları bərpa olunacaq. Daxildən gələn "Mən hazıram" hissi üzə çıxır. Özünüzü arxa planda saxladığınız bir sahə varsa, səhnəyə çıxmağın vaxtıdır. Öz işığınızdan şüurlu şəkildə istifadə etməyə başlayacaqsınız.
Oğlaq
Oğlaqlar bu tutulma ilə uzunmüddətli strategiyalarını müəyyən edəcəklər. Həyatınızdakı bəzi məsuliyyətlərin dəyişdiyini görə bilərsiniz. Xüsusən də karyera məsələsində müsbət dəyişikliklər ola bilər. Oğlaq bürcü üçün bu tutulma səbrin mükafatlarını yığmaq prosesini sürətləndirir.
Buğa
Bu tutulmanın təsiri ilə komfort zonanızdan çıxmağı hədəfləyəcəksiniz. Düzgün addımlar atsanız, növbəti 40 gündə möcüzələr sizinlə olacaq.
Qoç
Qoç bürcü üçün bu tutulma enerjinin yenilənməsi deməkdir. Son vaxtlar yorğun və ruhdan düşmüş olan Qoçlar bu gündən sonra özlərini yenidən ruhən bərpa edəcəklər. Bu dövr, xüsusən də karyera və şəxsi məqsədlər sahələrində aydınlıq gətirə bilər. Tutulmadan sonra Qoçlar özlərinin daha qətiyyətli, aydın və güclü versiyalarına keçəcəklər.
Roza
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi































.jpg)



