Qoroskop
Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
Publika.az bu günün qoroskopunu təqdim edir.
Qoç
Günün ilk saatlarında yarana biləcək kiçik gərginliklər sizi yormasın, günortadan sonra işləriniz sürətlə irəliləyəcək. İş həyatında yeni təşəbbüslər göstərmək və təkliflər irəli sürmək üçün münasib zamandır. Şəxsi münasibətlərdə isə daha anlayışlı olmağa çalışın.
Buğa
Maliyyə planlaması və büdcə məsələləri bu gün gündəminizdə əsas yer tuta bilər. Xərclərinizə nəzarət etmək gələcək üçün faydalı olacaq. İş yerində komanda yoldaşlarınızla uyğunluq içində çalışmaq ümumi nəticəni daha da yaxşılaşdıracaq.
Əkizlər
Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədə olacaq. Danışıqlar, görüşlər və yeni layihələrə başlaymaq üçün ideal gündür. Sosial dairənizdən gələn dəvətlər əhvalınızı yüksəldəcək. Qısa səfərlər planlaşdıra bilərsiniz.
Xərçəng
Daxili rahatlığınızı tapmaq üçün bir müddət tək qalmağa və dincəlməyə ehtiyac duya bilərsiniz. İşlə bağlı arxa planda gördüyünüz işlər tezliklə bəhrəsini verəcək. Sağlamlığınıza, xüsusilə yuxu rejjminizə diqqət yetirin.
Şir
Günün ulduzu sizsiniz! Xarizmanız və liderlik keyfiyyətləriniz sayəsində həm iş, həm də sosial həyatınızda diqqət mərkəzində olacaqsınız. Qarşınıza çıxan yeni fürsətləri dəyərləndirməkdən çəkinməyin. Romantik münasibətlərdə xoş sürprizlər ola bilər.
Qız
Karyera hədəfləriniz və peşəkar planlarınız ön plandadır. Detallara verdiğiniz önəm rəhbərliyinizin diqqətindən yayınmayacaq. Gündəlik işlərinizi nizamlayaraq stressdən uzaq ola bilərsiniz. Axşam saatlarını ailənizlə keçirmək sizə yaxşı təsir edəcək.
Tərəzi
Yeni biliklər əldə etmək, üfüqlərinizi genişləndirmək üçün əla gündür. Təhsil, hüquqi məsələlər və ya uzaqdakı tanışlarla əlaqələr müsbət irəliləyə bilər. Zehni olaraq özünüzü çox gümrah və kreativ hiss edəcəksiniz.
Əqrəb
Maliyyə məsələləri, ortaq gəlirlər və ya bank əməliyyatları ilə bağlı diqqətli olmağınız lazım olan bir gündür. Riskli investisiyalardan uzaq durun. Şəxsi münasibətlərdə isə səmimi etiraflar bağlarınızı daha da gücləndirə bilər.
Oxatan
İkili münasibətlər, tərəfdaşlıqlar və evlilik həyatı bu gün fokus nöqtəniz olacaq. Qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmaq və kompromisə gəlmək münasibətlərinizi daha da möhkəmləndirəcək. Yeni iş birlikləri üçün də müzakirələr başlaya bilər.
Oğlaq
Gündəlik iş rejimi və sağlamlıqla bağlı məsələlər diqqətinizi tələb edə bilər. İş yükünüz çox ola bilər, lakin planlı hərəkət etsəniz hamısının öhdəsindən asanlıqla gələcəksiniz. Pəhrizinizə və fiziki aktivliyinizə diqqət yetirin.
Dolça
Yaradıcılığınızın və hobbilərinizin ön planda olacağı əyləncəli bir gün sizi gözləyir. Sevgi həyatınızda həyəcanlı və xoş anlar yaşaya bilərsiniz. Uşaqlarla bağlı məsələlər və ya yaradıcı layihələr gününüzə rəng qatacaq.
Balıqlar
Ev, ailə və yaşayış məkanınızla bağlı məsələlər günün əsas mövzusu olacaq. Evdə kiçik dəyişikliklər etmək və ya ailə üzvləri ilə vaxt keçirmək sizə hüzur verəcək. Keçmişlə bağlı bəzi mövzular yenidən gündəmə gələ bilər, lakin emosional olaraq güclüsünüz. (Milli.az)
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər







.jpg)

























