Qoroskop
Planetlərin hərəkəti araşdırıldı: 2027-ci ildə bu bürcləri uğur gözləyir
2027-ci il bəzi bürclər üçün pul və karyera baxımından uğurlu keçə bilər. Astroloqların planetlərin hərəkətləri ilə bağlı proqnozlarına görə, xüsusilə 4 bürc maliyyə imkanlarını genişləndirə, karyerada mühüm yüksəlişlər əldə edə bilərlər.
Publika.az həmin bürcləri təqdim edir:
Qız
Qız bürcü üçün 2027-ci il bolluq və yüksəliş ili olacaq. Uzun müddətdir üzərində çalışdıqları layihələr nəhayət gəlir gətirməyə başlaya bilər. Beynəlxalq işlər, akademik uğurlar və karyera yüksəlişi Qızların qazancını əhəmiyyətli dərəcədə artıra bilər.
Buğa
Son illərdə maliyyə baxımından qeyri-sabitlik yaşayan Buğalar 2027-ci ildə daha rahat dövrə qədəm qoya bilərlər. İnvestisiyalardan gəlir əldə etmək, ev və daşınmaz əmlak almaq üçün əlverişli imkanların yaranacağı, bunun isə maliyyə azadlığını gücləndirəcəyi proqnozlaşdırılır.
Oğlaq
İntizamlı və məqsədyönlü Oğlaqlar üçün 2027-ci il karyerada böyük addımlar ili ola bilər. Öz biznesini qurmaq və ya çalışdığı sahədə daha yüksək vəzifəyə yüksəlmək üçün fürsətlər yaranacaq. İlin ikinci yarısında gözlənilən böyük məbləğdə pul, miras və ya şəriklikdən gəlir isə maliyyə vəziyyətini xeyli yaxşılaşdıra bilər.
Şir
2027-ci ildə Yupiter və tutulmaların dəstəyini alan Şirlər karyeralarında ciddi sıçrayış yaşaya bilərlər. Yeni iş təklifləri, yüksək gəlirli müqavilələr və rəhbər vəzifələr onların həyatında mühüm dəyişikliklər yarada bilər. Xüsusilə yaradıcı sahələrdə çalışan Şirlərin gəlirlərinin rekord həddə çatacağı gözlənilir.
Müəllif: Roza
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?








.jpg)





.jpg)





.jpg)














