De Bruyne şayiələrə cavab verdi, həyat yoldaşını müdafiə etdi
Bizi izləyin

İdman

De Bruyne şayiələrə cavab verdi, həyat yoldaşını müdafiə etdi

De Bruyne şayiələrə cavab verdi, həyat yoldaşını müdafiə etdi

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne qış transfer pəncərəsində klubdan ayrılacağı ilə bağlı şayiələrə və həyat yoldaşına qarşı sərt reaksiyalara münasibət bildirib.

Publika.az xəbər verir ki, 35 yaşlı belçikalı, həmçinin “Napoli”dəki çıxışını qiymətləndirib və onları Belçika millisində keçirdiyi vaxtla müqayisə edib.

“Ən sevdiyim mövqe hansıdır? Karyeram boyunca bir çox mövqedə oynamışam və daim rollarımı dəyişmişəm. Əsasən meydanda özümü necə hiss etdiyimə əsaslanaraq oynayıram – ən təhlükəli ola biləcəyimi hiss etdiyim yerdə. Düşünürəm ki, bu il yaxşı oynayıram və hansı mövqedə oynamağımın o qədər də əhəmiyyəti yoxdur.

Gələcəyim? Həmin məqaləni oxusanız, həyat yoldaşımın dediklərini tam olaraq başa düşə bilərsiniz. Ona qarşı bəzi xoşagəlməz reaksiyalar oldu. Niyə olduğunu bilmirəm. Mənim həyatımı bilmirsiniz. Heç kim bu barədə şərh verməməlidir. Bu kimi şeylər məni düşündürür. Xoşagəlməz bir vəziyyət idi. Yanvarda gedəcəyəmmi? Çox az şey deyə bilərəm. Yaxşı oynayıram və komandanın nəticə qazanmasına kömək edirəm. Çox şey baş verib.

Niyə milli komandada yaxşı oynayıram? Buna daha çox öyrəşmişəm. Amma hiss edirəm ki, “Napoli”də də yaxşı oynayıram. Turnir cədvəlində daha yüksəkdə olmaq istərdik. Belçika millisi ilə “Napoli” arasında çox az fərq görürəm”, – “Corriere dello Sport” qəzeti De Bruynenin sözlərini sitat gətirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm