Region
101 gün İŞİD-in girovu olmuşdu – Ərdoğana SÜRPRİZ RƏQİB
“Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu namizəd olmayacağı halda, prezidentliyə namizəd olacağam”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin köməkçisi Öztürk Yılmaz deyib.
“Əlbəttə ki, partiyamızın sədrinə düşüncələrimi söylədim. Prezidentliyə namizəd olacağı halda, dəstəyim sonsuz olacaq. Amma bunu istəməsə və partiyam mənə etimad göstərərsə, namizəd olacağam”, - o bildirib.
Qeyd edək ki, 2018-ci il iyunun 24-nə Türkiyədə növbədənkənar seçkiləri təyin edilib. Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının təklifi president Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
MHP sədri 2018-ci il seçkilərin avqustun 26-da keçirilməsini təklif etmişdi. Seçkilərin 2019-cu il noyabrın 3-də keçirilməsi planlaşdırılırdı.
Xatırladaq ki, Öztürk Yılmaz 2014-cü ilin iyununda İŞİD qruplaşması tərəfindən İraqın Mosul şəhərində girov götürülmüşdü. Həmin vaxt Türkiyənin Mosuldakı Baş konsulu olan diplomat 101 gün sonra azad edilmişdi.
2015-ci ilin sentyabrında isə vəzifəsindən istefa verib. Öztürk noyabrın 1-də parlamentə keçirilən təkrar seçkilərdə CHP-dən millət vəkili seçilib.
Ömər Dağlı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir