Putin Netanyahuya ƏSƏBİLƏŞDİ- 11 noyabrda Parisdə...
Bizi izləyin

Region

Putin Netanyahuya ƏSƏBİLƏŞDİ- 11 noyabrda Parisdə...

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahunun təkbətək görüşü ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Qurumundan (KAN) məlumat verilib.

Bildirilib ki, görüş Moskva ilə Təl-Əviv arasında Suriyaya ilə bağlı yaranan gərginlikdən dolayı baş tutmayacaq. Rəsmi Moskva İsrailin sentyabr ayında Rusiyaya aid hərbi təyyarəni vurmasından sonra Suriyada avia-əməliyyatlara davam etdiyi bilgisini ictimaiyyətlə paylaşdığına görə Təl-Əvivə hələ də əsəbidir. Buna görə də liderlər arasında təyin olunan görüş ləğv olunub.

Qeyd edək ki, sözügedən görüş Antanta dövlətləri ilə Almaniya arasında 11 noyabr 1918-ci ildə imzalanan atəşkəs razılaşması ilə I Dünya Müharibəsinin başa çatdığını bildirən “Atəşkəs Günü”nün 100-cü ildönümünü qeyd etmək məqsədilə Fransanın paytaxtındakı anma mərasimi çərçivəsində təşkil olunacaqdı.

Görüşün ləğv edilmsindən sonra İsrailin baş nazirinin mərasimə qatılmayacağı gözlənilir.

Xatırladaq ki, Netanyahu ötən ay verdiyi açıqlamada yaxın müddətdə Putin ilə görüşəcəyini elan etmişdi.

Nə baş vermişdi?

Rusiyaya aid “İl-20” hərbi təyyarəsi 17 sentyabr tarixində Suriyadakı BƏşər Əsəd rejiminə aid “S-200” havadan müdafiə sistemi tərəfindən məhv edilmişdi. Bundan sonra Moskva ilə Təl-Əviv arasındakı münasibətlər gərginləşmişdi. Rusiya Lazkiyə şəhərində rejimə aid bir depoya avia-hücum təşkil edən İsrailin “F-16” qırıcılarının rus təyyarəsini qalxan kimi istifadə etdiyi üçün bu qırıcının raketlərə hədəf olduğunu irəli sürmüşdü. Bundan sonra Moskva Əsəd rejiminə “S-300” havadan müdafiə sistemi vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm