Region
Ərdoğan və Ruhani RAZILAŞDI: ABŞ-ın... - - YENİLƏNDİ (FOTO)
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran lideri Həsən Ruhani arasında Ankarada görüş keçirilib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçıları görüşdən sonra ortaq mətbuat konfransı təşkil edib.
Ərdoğan və Ruhani bölgədə yaşanan qarşıdurmaların sona çatması üçün ortaq addımlar ata biləcəklərini deyib. Türkiyə prezidenti bildirib ki, bu əməkdaşlığın müsbət nəticələrini Rusiyanın da qatıldığı Astana prosesində əldə etməyə başlayıblar. ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxışını şərh edən Türkiyə lideri Vaşinqtonun qərarını doğru qəbul etmədiklərini deyib. O, İrana qarşı haqsız təzyiqlərin artdığı bu dövrdə qonşu dövlətin yanında olmaqda qətiyyətli olduğunu vurğulayıb.
İran lideri isə çıxışında bu sözlərə yer verib:
“İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etməsi yaxşı bir toplantı gerçəkləşdirdik. Əməkdaşlıq, regional, beynəlxalq mövzularla bağlı müzakirələr apardıq. Heç bir üçüncü ölkə bu qonşuluq, qardaşlıq və səmimi münasibətləri poza bilməz. ABŞ-ın tətbiq etdiyi təktərəfli, zalım embarqoların qarşısında qəti və açıq şəkildə durduğu üçün Türkiyəyə təşəkkür edirəm. Gələcəkdə Rusiya, İran və Türkiyə liderləri Moskvada görüşəcək. Suriyanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir. Yəmən xalqı ilə bağlı da bir qərara gəldik. Yəməndə sülhün təmin edilməsi üçün kömək edəcəyik”.
***
İran İslam Respublikasının prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
Publika.az xəbər verir ki, liderlər Türkiyə-İran Ali Əməkdaşlıq Şurasının 5-ci toplantısı və Türkiyə-İran İş Forumuna qatılıblar.
İranın prezidentinin rəsmi qarşılanma mərasimi olduqca maraqlı keçib. Atlı briqadanın müşayiəti ilə Prezident Sarayına gələn İran lideri burada Ərdoğan tərəfindən qarşılanıb. Tərəflərin səmimi salamlaşmasından sonra 21 top atəşi atılıb və milli marşlar çalınıb. Ruhani qarovul dəstəsini “mərhəba əsgər” deyə salamlayıb.
Ərdoğan və Ruhani birbaşa görüşdən sonra Ali Əməkdaşlıq Şurası Toplantısına qatılacaq. Liderlər daha sonra müxtəlif razılaşmaların imzalandığı ortaq mətbuat konfransında kameralar qarşısına keçəcək.
Zümrüd
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma




















.jpg)










.webp)








