Region
Ərdoğan AÇIQLADI: Rusiya verdiyi sözü tutmadı və buna görə də biz...
Ötən gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfəri başa çatdıqdan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, prezident Suriyanın İdlib şəhərindəki proseslərlə bağlı maraqlı məqamları açıqlayıb:
- İdlib mövzulu dördlü zirvə 5 martda olacaqmı? Yeri hara olacaq? Rusiyanın mövqeyində dəyişiklik müşahidə edirsinizmi?
- Dördlü zirvə mövzusunda hazırda “dəqiq deyil” desəm, daha doğru olar. Çünki Putin mənə təklif edəndə ki, bu zirvəni birlikdə etsək, daha çox yerinə düşər, mən dördlü zirvə təklifini verdim. Tarix etibarilə, 5 mart hər kəs üçün uyğundur deyə düşünürəm. Yer etibarilə, İstanbul olacaq. Bu arada, ikili və dördlü məsələsini yenə müzakirə edəcəyik.
- İdlib üçün fevral ayının sonuna qədər Əsəd rejiminə zaman verilmişdi. Vaxt başa çatır. Türkiyə hərbi əməliyyat keçirəcəkmi? İdlibdəki müşahidə məntəqələrindən geri çəkilməmək məsələsində təkidlisiniz? Rusiyanın mövqeyində Soçi memorandumu nöqtəsində yenilənmə görürsünüzmü?
- Bizim fevral ayına qədər vaxt verməyimiz tamamilə müşahidə məntəqələrimizlə bağlıdır. Çünki müşahidə nöqtələrimizə qarşı mühasirə qurulub və biz buna icazə verə bilmərik. Müşahidə məntəqələrimizi təhkim etdik, etməyə də davam edəcəyik. Rejim qüvvələrini cənuba doğru çəkməsə, lazımi tədbirləri görəcəyimizi söylədik. ABŞ və Rusiya terror təşkilatları ilə mübarizə məsələsində bizə verdikləri sözləri yerinə yetirmədi. Ona görə də iş bizə qaldı. Türkiyə Suriyada işğalçı deyil, Adana memorandumu çərçivəsində fəaliyyət göstərir. Əsədi Suriya xalqı çağırmır, bizi isə əksinə.
- İdlibə Qərbdən yardım gözləyirsinizmi? Məsələn, NATO və ABŞ-dan gələcək “Patriot”ların yerləşdirilməsi məsələsində.
- ABŞ-ın bizə dəstək sözü cənab Tramp ilə görüşəndə gündəmdə idi. Amma hələ ki, hazırda dəstək müzakirə mövzusu deyil. Görünən odur ki, bir daha görüşməyimiz lazımdır. “Patriot” məsələsinə gəlincə, dəqiq deyirəm, ABŞ-ın bizə verəcək “Patriot”u yoxdur. İndi bizdə sadəcə İspaniya “Patriot”u var.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





