Region
Dəhşətli fəlakətlər gəlir: əvvəlcə dənizdə zəlzələ, daha sonra...
Aralıq dənizində yerləşən Helen seysmik xəttinin Krit adası bölgəsində 7 bal gücündə zəlzələ gözlənilir.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Geofizika mühəndisi Atakan Yüklü deyib.
Dənizdə meydana gələn zəlzələ fırtınalarına əsaslanan mühəndis bildirib ki, bu yeraltı təkanlardan sonra sunami yaranacaq: “Xüsusilə, Antalyanın Qumluca, Finike, Kaş, Alanya və Aksu bölgələrinin sahilləri ciddi zərər görəcək. Bu zəlzələyə qarşı tədbirli olmaq üçün hökumət yanında Zəlzələ Elmi Şurası qurulmalıdır”.
A.Yüklü Krit adası bölgəsində meydana gələn avterşokların əslində bir zəlzələ fırtınası olduğunu dilə gətirib: “Bu bölgədə Helen seysmik xətti dediyimiz yerdən Afrika lövhəsi Anadolu istiqamətinə doğru irəliləyir. Lövhələr sıxılır. Burada meydana gələn zəlzələlər gələcəkdə daha böyük zəlzələlərin xəbərçisidir. Çünki tarixə baxanda burada 7 bal gücündə zəlzələnin meydana gəldiyini görə bilirik. Bundan sonra hətta yaranan sunamilərin 3-5 metr yüksəkliyə qalxdığı da olub”.
Mütəxəssisin sözlərinə görə, Antalyanın sahil hissəsindəki 1999-cu ildən əvvələ aid bir çox tikili araşdırılmalıdır.
Zümrüd
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
















.webp)





















.png)