Türklərin dünyanı susmağa məcbur edən hücumunun SƏKKİZ ŞİFRƏSİ
Bizi izləyin

Region

Türklərin dünyanı susmağa məcbur edən hücumunun SƏKKİZ ŞİFRƏSİ

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi “Pəncə-Qartal” və “Pəncə-Aslan” əməliyyatları davam edir.

Publika.az
xəbər verir ki, “Pəncə-Qartal” əməliyyatı ilə terrorçulara zərbələr endirən türk ordusu “Pəncə-Aslan” əməliyyatı ilə lokal ərazilərdə hücumlar təşkil edir.

Bu əməliyyatlardan sonra PKK rəhbərliyi – Murad Qarailan, Cəmil Bayık və digərləri Qərb ölkələrini onları müdafiə etməməkdə ittiham ediblər.

“Yeni Şəfəq” qəzeti bu əməliyyatların 8 detalı haqqında yazıb.

Məhv etmək: əvvəlki əməliyyatlarda terrorçular sərhəddən qovulurdusa, bu dəfə birbaşa hücum edilir və gizləndikləri yerlərdə məhv edilirlər.

Basqın üslubu: Terrorçuların məhv edilməsi üçün basqın üslubu seçilib. Terror təşkilatlarının rəhbərləri haqqında təcili kəşfiyyat məlumatları əldə olunur və dərhal hərəkətə keçilir. Terrorçular gözləmədikləri yerlərdə və zamanda vurulur.

Koordinasiya: əməliyyat müxtəlif silahların koordinasiyası ilə həyata keçirilir. F-16-lar, Tanker təyyarələri (döyüş təyyarələrinin havada yanacaqla təmin edilməsi üçün istifadə olunur), İHA və SİHA-lar, çox lüləli raketatanlar, toplar və Fırtına raketləri eyni anda hücuma keçdi. Əməliyyatın başladığı ilk bir neçə gündə 700-dən çox hədəf məhv edildi.

Axtar, tap, məhv et: xüsusi təyinatlı qüvvələr bölgədə hər yeri qarış-qarış axtarır, terrorçuları “axtar, tap, məhv et” strategiyası ilə sıradan çıxarırlar.

Strateji hədəf - Əlaqəni kəs: əməliyyatların strateji hədəfi terror təşkilatının Qəndil-Sincar yolunu kəsmək, Suriyanın şimalı ilə əlaqəni aradan qaldırmaqdır. Bununla həm də terrorçuların Haftani bölgəsindən Türkiyəyə keçidi kəsiləcək.

Taktiki hədəf: əməliyyatın taktiki hədəfi Hantur dağı və Keşan bölgəsidir. Xüsusilə Hantur dağı Haftani bölgəsində terrorçuların dərin dərələrdən keçidinə nəzarət üçün əhəmiyyətlidir. Keşan bölgəsi də terrorçuların istifadə etdiyi əsas keçidlərdəndir. Taktiki hədəf bu iki bölgəyə tam nəzarət etməkdir.

Əzələ nümayişi: hər iki əməliyyat Türkiyənin bütün dünyaya terrorla mübarizədə dəyişməz mövqeyinin göstərilməsidir. Terrorçuları müdafiə edən heç bir ölkənin bu əməliyyatlara reaksiya verməməsi də diqqət çəkir.

İraqdan Suriyaya qədər: Türkiyə bu əməliyyatlarla Suriyanın şimalındakı təhlükəsiz bölgə strategiyasını İraqın şimalına da transfer edir. Hakurk, Avaşin-Basyan və Zap bölgələrinə qədər təmizlənmiş ərazi Haftaninə qədər genişlənəcək və Suriyanın şimalına doğru uzanacaq. Təhlükəsiz bölgə konsepsiyasının həyata keçməsi üçün Sincarın terrorçulardan təmizlənməsi də vacibdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm