Region
SON DƏQİQƏ: Türkiyə HƏRƏKƏTƏ KEÇDİ, ordu döyüş vəziyyətinə gətirildi - - VİDEO
Video əlavə olunub.
xxx
Şərqi Aralıq dənizində Avropa İttifaqının “İrini” əməliyyatmı çərçivəsində Türkiyəyə məxsus “Roseline-A” ticarət gəmisində qanunsuz axtarış aparılmasından sonra Türkiyə Silahlı Qüvvələri döyüş vəziyyətinə gətirilib.
Publika.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “E-7T-Barış Kartalı” havadan təcili xəbərdarlıq təyyarəsi Şərqi Aralıq dənizi səmalarında uçuş həyata keçirib.
Bu əsnada 3 nəhəng “A400M” hərbi karqo təyyarəsi Triploidəki Vətiyyə bazasına təchizat daşıyıb.
Bundan başqa, Türkiyə Xarici İşlər və Milli Müdafiə Nazirliyi, həmçinin Hərbi Dəniz Qüvvələri Komandanlığı rəsmilərinin iştirakı ilə məsələyə dair yaradılan İşçi Qrupunin ilk toplantısında olaya qarşı hərbi variantlar da müzakirəyə çıxarılıb. “İrini” hərəkatında Liviyadakı qiyamçı general Xəlifə Haftar qüvvələrinə yardım daşıyan ticarət gəmilərinə qarşı sərgilənən passiv davranışa reaksiya olaraq atıla biləcək addımlar dəyərləndirilib. Variantlar arasında bölgədəki türk donanmasına məxsus döyüş gəmilərinin Tobruk və Benqaziyə gedən şübhəli gəmilərdə axtarış həyata keçirməsi də var.
Bölgədə ticarət səfərlərini davam etdirən Türk bayraqlı gəmilərə qarşı bənzər olaylarda Türkiyənin döyüş gəmilərinin iştirakı ilə görüləcək tədbirlər və lazım gəldikdə icra ediləcək vəzifələr mövzusunda da şərhlər verilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər naziri Mövlud Çavuşoğluya məsələ ilə ilə bağlı təlimat vermişdi. Ərdoğanın təlimatı “cavabımızı meydanda verəcəyik, bu işin izini buraxmayacağıq” istiqamətində olub.
Zümrüd
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı








.jpg)



.jpg)














.jpg)







