Region
Vaksinasiya olunmayanları "vətən xaini" adlandıran həkimə psixoloqlardan REAKSİYA
Türkiyə Akdeniz Universiteti Tibb Fakültəsi və Reanimasiya ixtisasının müəllimi Murat Yılmazın koronavirusa qarşı vaksinasiya olunmayanları “vətən xaini” adlandırmasına həmkarları reaksiya verib.
Publika.az xəbər verir ki, psixoloq-mütəxəssis Nevin Dölek M.Yılmazın emosional çıxış etdiyini, vətən xainliyi ilə bu məsələnin fərqli mövzular olduğunu bildirib.
Onun sözlərinə görə, belə radikal reaksiyalar vaksinlə bağlı neqativ təəssürata səbəb olmaz. Çünki xalq da bezib və tezliklə hamının sağlamlığına qovuşmasını istəyir. Bununla belə, vaksinin yan təsirlərindən qorxaraq gözləmək istəyənlər olacaq.
Psixoloq Kadir Özer isə bildirib ki, bu tip çıxışlar xalqa vaksin məsələsində təsir göstərməz. Hər bir fərd sağlamlığını qorumaq üçün daxilində informasiya mübadiləsi aparır. Nəticəsinə də özü qərar verir: “Bir neçə həkim belə danışır deyə xalqın fikrinin dəyişəcəyinə inanmıram. Belə həkimlərin psixologiyasını anlamaq çətin deyil. Pandemiya dövründə ən çox ölüm təhlükəsi yaşayan, ölü ilə üzləşən, ailəsindən uzaq qalan onlar olub”.
Zümrüd
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava




































