Region
Gözlər Türkiyəyə DİKİLDİ - Ərdoğan bu gün AÇIQLAYACAQ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin İnsan Haqları Fəaliyyət Planını açıqlayacaq.
Publika.az xəbər verir ki, bütün ölkənin səbrsizliklə gözlədiyi açıqlama yerli vaxtla saat 13:30-da Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzindən veriləcək.
Ədliyyə Nazirliyinin “azad fərd, güclü toplum, daha demokratik bir Türkiyə” baxış bucağı ilə hazırlanan plan 100-cü ildönümünə daxil olacaq ölkənin əsas siyasi sənədi olacaq.
Plan qanunvericilik və inzibati fəaliyyətlərlə qanuni proqnozlaşdırılma, şəffaflıq və hesabatlılıq əsasında məşğul olmağa imkan verəcək. Mülkiyyət hüququ, qazanılmış hüquqlar, cinayət və cəza şəxsiyyəti və təqsirsizlik prezumpsiyasına ciddi vurğu ilə bu sahələrdə müxtəlif dəyişikliklər hədəflənir.
Bundan əlavə, plan məhkəmə sisteminin müstəqilliyini və qərəzsizliyini, hakimlərin təminatını və ədalətə çıxışını möhkəmləndirəcək mühüm tədbirləri nəzərdə tutur.
Türkiyə üçün yeni milad mənası daşıyan planın yekun nəticəsinin yeni mülki konstitusiya qurmaq olduğu bildirilir.
Qeyd edək ki, İnsan Haqları Fəaliyyət PlanıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2019-cu ildə təklif edilib.
Zümrüd
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı























.webp)
.png)









.jpg)
.jpg)