Region
Türkiyə-Yunanıstan GƏRGİNLİYİ ARTIR - Akardan SƏRT SÖZLƏR
Yunanıstanın Müdafiə naziri Nikolaos Panagiotopulos iştirak etdiyi paneldə Türkiyə əleyhinə açıqlamalar verib və Türkiyənin beynəlxalq hüquqa zidd hərəkət etdiyini, bütün bölgədə sabitliyi pozma riskinin olduğunu iddia edib.
Publika.az xəbər verir ki, yunan nazirin dediklərinə isə sərt reaksiya Türkiyə Milli Müdafiə naziri Hulusi Akardan gəlib.
O, yunün həmkarının dediklərini gərginliyi artıran münaisbət olaraq xarakterizə edib.
Akar Panagiotopulosun açıqlamalarını Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiryakos Miçotakis arasındakı konstruktiv danışıqlarla və əvvəlki dönəmdəki gərginliyin azaldılması səyləri ilə üst-üstə düşməyən bir ritorika olaraq xarakterizə edib: "Hörmətli həmkarımı ölkələrimiz arasındakı müqavilələr, beynəlxalq hüquq və mehriban qonşuluq münasibətləri çərçivəsində xudbinlik və duyğusallıqdan uzaq, ağlabatan, məntiqli, ədalətli və obyektiv düşünməyə və danışmağa dəvət edirik. Türkiyəni hər fürsətdə beynəlxalq hüquqa hörmət etməyən bir ölkə olmaqda günahlandıran Yunanıstan Türkiyənin bütün müsbət və konstruktiv səylərinə baxmayaraq, təxribatçı, qanunsuz, ziddiyyətli və gərginlik yaradan münasibətini davam etdirir.
Yunanıstanın təxribat məqsədi ilə həyata keçirdiyi təlimlər, müqavilələri pozaraq adaların qeyri-hərbi statusu ilə silahlandırması və Egey və Şərqi Aralıq dənizindəki qanunsuz və əsassız tələblər gərginliyi artırır. Hərbi olmayan statusu olan adalar kim və nə üçün silahlanır? Müqavilənin müddəaları aydındır və həmsöhbətlərimiz bunları çox yaxşı bilirlər. Yunanıstan isə Egey dənizində qadınlar və uşaqlar da daxil olmaqla, miqrantları beynəlxalq hüquqa zidd və qeyri-insani davranışlarla geri çəkməyə davam edir. Təxribat dolu ritorika və hərəkətlərdən qaçmaq lazımdır.
Müsbət halın davam etməsini istəyirsinizsə, türk və yunan xalqlarının yaxınlığını nəzərə alaraq, təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinməlisiniz. Yunanistan bəhanə gətirərək bizim üçün az faydası olan hər şeyə qarşı çıxır. İnadla beynəlxalq hüquq deyirik, şəffaflıq və mehriban qonşuluq münasibətləri deyirik. Nəticə olaraq, sülh və sabitlik üçün yunan qonşularımızın təxribat xarakterli açıqlamalarına və hərəkətlərinə son qoyması ən doğru yoldur. Açıq şəkildə bildiririk ki, heç kəsin torpaqlarında gözümüz yoxdur. Bununla birlikdə, Kipr də daxil olmaqla Vətənimizdə hüquqlarımızı, maraqlarımızı və mənafelərimizi qoruya bilərik. Hər hansısa bir təxribatın olmasına icazə verməyəcəyik", - Akar bildirib.
Akqabay
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm

















.jpg)
.jpg)












.png)




