Region
Türkiyədə FƏLAKƏT SƏNGİMİR: Ölüm sayı 8-ə yüksəldi - FOTO - (YENİLƏNDİ)
Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayının 8-ə, yaralıların sayının isə 864 nəfərə yüksəldiyini söyləyib.
Publika.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkədə bildirib.
"Manavqatda (Antalya vilayəti) yanğınlar nəticəsində cəmi 7 itkimiz var. Yanğın zamanı xəsarət alan 507 nəfərdən 497-si evə buraxıldı. Marmaris və Bodrumda baş verən yanğınlardan zərər çəkmiş 203 nəfərdən 186-sı evə buraxıldı. Marmarisdə bir ölü var. Mersində yanğın zamanı xəsarət alan 154 nəfərin hamısı müalicəsi bitdikdən sonra evə buraxıldı", - deyə Koca tvitterdəki hesabında yazıb.
Daha əvvəl meşə yanğınlarının 7 qurbanı və 410 nəfərin yaralandığı bildirilib.
xxx
18:23
Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin cansız bədəni aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.
Ölkənin səhiyyə naziri Fahrettin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib.
O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.
Hüseyn
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi
-
İdman11:43DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar






































