Region
Ərdoğandan "Taliban"la bağlı KRİTİK AÇIQLAMA: Lazım gələrsə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki qeydiyyatdan kənar Əfqanıstan qaçqınlarının sayını açıqlayıb.
Publika.az xəbər verir ki, Ərdoğan bu barədə rəqəmlərin şişirdildiyini bildirib.
"Əfqanıstandan Türkiyəyə 1,5 milyon qaçqının miqrasiyası barədə deyilənlər yalandır. Hazırda məlumata görə, ölkəmizdə 300 min qeydiyyatsız Əfqanıstan qaçqını var", - Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Əfqanıstan xalqı bizim müsəlman qardaşımızdır: "Əfqanlar bizim müsəlman qardaşlarımızdır. Onlara qapımızı bağlayası deyilik. Hazırda orada ölümdən uzaq bir addımın atılmış olması məncə Əfqanıstanın ən önəmli qazancıdır. Bu mövzuda ABŞ-la müzakirələr mövcuddur. Lazım gələrsə, "Taliban"la da danışıqlar apara bilərik. Bir iş var, həqiqət var və bu mövzuda qapı döyüləndə qapımızı açıb danışıqlarımızı aparacağıq".
Türkiyə Prezidenti əlavə edib ki, Əfqanıstanda işlər davam etdirilir:
"Əfqanıstanda bütün imkanlarımızla istər infrastruktur, istər digər məsələlərdə əlimizdən gələni etmişik. Çalışmalarımızı hazırda da davam etdiririk. Qərb və İslam dünyası Əfqanıstana lazımi diqqəti göstərmir. 20 ildən artıq bir müddətdə həm bütün dünya, həm də qərb dünyası, xüsusən də İslam dünyası ora lazımi qayğı göstərmədi. İstər Rusiyanın Əfqanıstana müdaxiləsi olsun, istərsə də ABŞ-ın sonrakı müdaxiləsinin heç biri uğurlu olmadı. Bu ölkələr Əfqanıstana yalnız hərbi yolla və ya silahla yaxınlaşdılar. Özləri trilyonlarla pul köçürdülər. Amma bu trilyonlarla pulun hara xərclənməsi çox vacibdir. Nəhayət, bütün bu addımların haradan gəldiyi bəlli oldu. Əfqanıstan indi ciddi şəkildə təkbaşına qalıb və burada "Taliban"ın münasibəti aydın olsa da, təşkilatla müxtəlif danışıqlar aparılıb və nəticə göz qabağındadır. İndi də özləri deyirlər. Deyirlər ki, bütün bu silah və sursatları, avadanlıqları və döyüş sursatlarını harada qoyduğumuz hələ bəlli deyil", - Ərdoğan əlavə edib.

-
Maraq dünyası01:41
Alimlər işığı düyünlərə bağladılar
-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO