Region
Ukrayna Azərbaycanlıları Radası “Etnik Çələng” festivalında - FOTOLAR

Ukrayna Azərbaycanlıları Radası “Etnik Çələng” («Етнічний віночок») festivalında iştirak edib.
Publika.az xəbər verir ki, “Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!” şüarı ilə keçirilən festival Ukraynanın Dövlət Bayrağı Günü və Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunub.
Bayram tədbirində iştirak edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyadının rəhbəri Dmitri Ratnikovla görüşüb. UAR həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini adminstrasiya rəhbərinə çatdıran baş katib Ukrayna xalqına birlik, qələbə və sürətli inkişaf arzuladığını bildirib.
Ermənistan nümayəndələrinin qatılmadığı festival Ukrayna Azərbaycanlıları Radasının fəal üzvü, xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ukraynanın xalq artisti, ictimai xadim Raisa Nedaşkivskayanın təşkilatçılığı ilə baş tutub.
Azərbaycanla yanaşı rekord sayda, dünyanın 62 ölkəsinin milli mədəniyyət nümunələrinin təqdim edildiyi festivalda ölkəmizi Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbadov Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısı ilə təmsil edib.
Festival iştirakçılarına müasir informasiya texnologiyaları ilə Ukrayna naxışlarının gözəlliyinin unikal birləşməsi - Desnyanskiy rayonu haqqında çəkilmiş bir film olan Ukrayna ornamenti ilə işlənmiş QR kodu təqdim olunub. Bu eyni zamanda “İlk dəfə. İT texnologiyaları” nominasiyasında yeni rekord hesab olunur!
Bayraq günün mübarək, Ukrayna! Müstəqillik günün mübarək, Ukrayna! Слава Україні!



-
Səhiyyə04:44
Boyun ağrısının ümumi səbəbi məlum oldu
-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR