Region
Ərdoğandan ŞOK TƏLİMAT: "Bizi yaxşı tanı"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərini "persona non grata" elan etməyi tapşırıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə R.T.Ərdoğan Eskişehirdə çıxışı zamanı deyib.
Türkiyə lideri qeyd edib ki, sözü gedən səfirliklər Türkiyə Xarici İşlər Nazirliyinə insan haqları müdafiəçisi Osman Kavalanı azad etməyə çağırış ediblər.
Ölkənin dərdini çəkməyincə, millətlə eyni istiqamətə baxmayınca, gələcək nəsil qarşında məsuliyyət daşımayınca və onurğa olmayınca hər tərəfə dönmək asandır. Bəy Kamal (red: Kamal Kılıçdaroğlu) bunlarla bərabər deyilmi? Bəy Kamal "Selo aşağı, Selo yuxarı" deyir. Çünki bərabər hərəkət edirlər, bərabər yatıb qalxırlar. Bəy Kamal, bax, bizi yaxşı tanı. Biz sənin oturub-durduğun yerdə deyil, millətimizlə oturub-dururuq. Millətimizə yan baxanlarla zərrə qədər dostluğumuz ola bilməz", - Ərdoğan bəlli ünvanlara mesaj da verib.
Qeyd edək ki, söhbət Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavaladan gedir.
Hüseyn
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq






.jpg)




.jpg)

.png)






















