Region
ABŞ-ın Türkiyəyə satmaqdan imtina etdiyi “F-35”lərlə bağlı GİZLİ FAKTLAR üzə çıxdı
ABŞ-ın Türkiyəyə satmaqdan imtina etdiyi beşinci nəsil döyüş təyyarəsi “F-35”lərlə bağlı yeni faktlar üzə çıxıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, “F-35”lərin inventarda olan xərcləri və ALIS sistemindən (avtomatik logistik məlumat sistemi) qaynaqlanan təhlükəsizlik problemi həm layihənin ortağı, həm də alıcı ölkələri narahat edir.
“F-35”lərin “ağıllı telefon”lardan heç bir fərqinin olmadığını deyən ekspertlər təyyarələrə bütün nəzarətin ABŞ-da olacağına diqqət çəkirlər. “F-35”in ALIS sistemini digər ölkələri istehsalçı tərəfdən – ABŞ-dan asılı vəziyyətə salan proqram olaraq qiymətləndirən mütəxəssislər bu sistem qüvvədə olduğu müddətcə sözügedən qırıcıların Amerikanın istəyi xaricində heç bir məqsəd üçün istifadə edilə bilməyəcəyini söyləyirlər. Yəni ABŞ istəsə, qırıcıların istifadəsinə məhdudiyyətlər qoya biləcək.
Sinqapur Hərbi Hava Qüvvələrinin bu mövzuda hazırladığı hesabat da diqqət çəkir. Hesabatda ABŞ-ın bütün “F-35”ləri ALIS sistemi ilə izlədiyi və istədiyi zaman bunlara müdaxilə etmək imkanının olduğu üzə çıxıb.
“F-35”lərdə risklərin olduğunu düşünən Almaniya, Fransa və İspaniya bu layihəyə qatılmaqdan imtina edib. Layihənin tərəfdaşlarından biri olan Kanada “F-35”lərin istehsalında iştirak etsə də, inventarına daxil etmək fikrində olmadığını açıqlayıb. F-35 layihəsinin digər ortağı İngiltərə 138 ədəd “F-35” sifarişindən 90-nı ləğv edəcəyini və yalnız 48-ni alacağını açıqlayıb.
Layihənin tərəfdaşlarından olan İtaliya “F-35” döyüş təyyarəsi proqramındakı fəaliyyətini davam etdirəcəyini açıqlasa da, ölkədə bununla bağlı qızğın müzakirələr gedir. İsveç də “F-35” almaqdan imtina edib.
“F-35”lərdəki texniki problemlər də diqqət çəkir. Qırıcıların tam güclə kütləvi istehsalının COVID-19 və texniki çətinliklər səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığı açıqlanıb. Yanvar ayında ABŞ Müdafiə Nazirliyinin Test və Qiymətləndirmə Bürosu “F-35”lərdə 871 qüsur aşkar edildiyini açıqlayıb.
Bildirilib ki, bu çatışmazlıqlardan 10-u pilotların təhlükəsizliyini təhlükə altına ala və hərbi əməliyyatların səmərəliliyini aşağı sala biləcək qədər əhəmiyyətlidir. İndiyədək üçü ABŞ-dan və biri Yaponiyadan olmaqla ümumilikdə dörd “F-35” təyyarəsi qəzaya uğrayıb.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)


















.jpg)


