İraqda son durum: Etirazlar digər şəhərlərə sıçradı
Bizi izləyin

Region

İraqda son durum: Etirazlar digər şəhərlərə sıçradı

İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələri Parlamentə nəzarəti bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb.

İraqın bir çox rəsmiləri təhlükəsizlik səbəbindən xalq iğtişaşlarının episentri olan Bağdadın yaşıl zonasından tələsik çıxıblar.

Bu saatlarda etiraz dalğası ölkənin digər şəhərlərini - Nəcəf, Bəsrə, Kərbəlanı da əhatə edib.

Məlumat üçün bildirək ki, bir gün əvvəl yüzlərlə etirazçı Bağdadın mərkəzindəki yaşıl zonaya soxularaq parlament binasına daxil olub.

Xatırladaq ki, şiə din xadimi Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı Bağdadın yaşıl zonasını şəhərdən ayıran beton divarları yararaq parlament binasına soxulub. Bundan sonra əsas etirazçılar İraqın baş naziri vəzifəsinə Məhəmməd Şiə əs-Sudaninin namizədliyinə etiraz etmək üçün Bağdadın Təhrir meydanına toplaşıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm