İdman
Tramp İran millisini DÇ-2026-ya buraxmayacaq? - Özü hər şeyi açıqladı
ABŞ prezidenti Donald Tramp 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında İran millisinin mümkün iştirakdan kənarlaşdırılması məsələsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, “Politico” nəşrinə müsahibəsində bildirib ki, İranın DÇ-2026-da iştirak edib-etməməsi onun üçün əhəmiyyət daşımır: “İranın dünya çempionatında oynayıb-oynamaması mənim üçün tamamilə fərq etmir. Hesab edirəm ki, İran ciddi məğlubiyyətə uğrayır. Onlar son nəfəsindədirlər”.
Bunun fonunda ABŞ Futbol Federasiyası İran millisinin turnirdə iştirakını dəstəklədiyini açıqlayıb. Qurumun baş direktoru Cey Ti Betson "Sky Sports"a şərhində bildirib: “FIFA prezidenti Canni İnfantino həftəsonu bütün komandaların iştirakı ilə təhlükəsiz və etibarlı Dünya Kuboku keçirmək niyyətində olduğunu açıqladı. Biz, şübhəsiz ki, bunu hər cəhətdən dəstəkləyirik”.
Batson əlavə edib ki, ABŞ millisi pley-off mərhələsində İranla qarşılaşacağı təqdirdə məqsəd dəyişməz olacaq: “Biz dünya çempionatlarında İran millisi ilə bir neçə dəfə üz-üzə gəlmişik. Qarşılaşa biləcəyimiz digər 47 komandaya qarşı olduğu kimi, məqsədimiz qələbə qazanmaqdır. Ona görə də məhz bunu etmək üçün fürsəti səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, 28 fevral səhər saatlarında Donald Trump ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlayıb. Zərbələrə İsrail də qoşulub. İran isə cavab olaraq Fars körfəzi bölgəsində ABŞ obyektlərinin yerləşdiyi bir sıra ölkələrin ərazilərinə zərbələr endirib.
İran Futbol Federasiyasının prezidenti Mehdi Taj ABŞ-ın İrana qarşı hərbi əməliyyatları fonunda komandanın mundialı boykot edə biləcəyini istisna etməyib. O, belə vəziyyətdə yığmanın ABŞ ərazisində oyun keçirə bilib-bilməyəcəyi ilə bağlı qeyri-müəyyənlik olduğunu bildirib.
İran millisi dünya çempionatının G qrupuna düşüb. Komanda 15 iyunda Kaliforniyanın İnqlvud şəhərində Yeni Zelandiya, 21 iyunda isə Belçika ilə qarşılaşmalıdır. Qrup mərhələsinin son turunda iranlılar 26 iyunda Sietldə Misir millisi ilə üz-üzə gələcəklər.
Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Heybət
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı































.png)


.jpg)



